Cəlilabadda yük avtomobilləri toqquşdu, 3 nəfər yaralandı - Fotolar
27 May 2020 21:57
241

Cəlilabadda yük avtomobilləri toqquşdu, 3 nəfər yaralandı - Fotolar

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, qəza hadisəsi köhnə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

“KamAZ” ilə “İsuzu” markalı yük avtomobilləri toqquşub. Nəticədə üç nəfər - hər iki maşının sürücüləri və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralananların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.  /APA

 

Oxşar xəbərlər