Cənubi Koreyada matəm elan edilib

saytların hazırlanması

Evə çatdırılma

Cənubi Koreyada matəm elan edilib

Dünya

30 Oktyabr 2022 08:12 908


Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.

AZƏRTAC “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Seulun mərkəzində Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda azı 151 nəfər həlak olub, 19-u əcnəbi olmaqla daha 82 nəfər xəstəxanaya yerləşdirilib. Yaralananlardan 19 nəfərin vəziyyəti isə ağırdır.

Məlumata görə, ölənlər arasında iki əcnəbi də var. Onların milliyyəti barədə məlumat verilmir. pizza

Polis şənbə günü İtavon rayonundakı şənliklərə təxminən 100 000 insanın qatıldığını təxmin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!