Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.
“Yeni Sabah” xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.
A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir. Dominos pizza
Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
Məlumata görə, Bakıda ölümlə nəticələnən kütləvi dava zamanı Ceyhunu bıçaqlayaraq öldürən şəxs deputat Arzuxan Əlizadənin oğlu Əhməd olub. Eyni zamanda bu, Əhmədin ilk cinayəti deyil. Bundan əvvəl də kriminal hadisələrdə onun adı hallanıb.
Qeyd edək ki, A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.
Telegram kanalımız