Bu ərazilərə güclü qar yağır

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərə güclü qar yağır

Sosial

24 Oktyabr 2026 10:39 5694


Ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib.

"Yeni Sabah" xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir. Marqarita pizza

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.

Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan, Biləsuvar, Astara, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan, Şuşada 4 mm-dək qeydə alınıb.

Oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5-7 mm olan dolu düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!