Çində  zəlzələ oldu
08 Avq 2020 10:59
357

Çində zəlzələ oldu

Çinin Sincan-Uyğur Muxtar Rayonunda zəlzələ qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, zəlzələ Rixter şkalası ilə 4.8 bal gücündə olub. 

Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ yer səthindən 20 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, zəlzələ Korla, Urumçi və Çəngcidə müəyyən qədər hiss olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər