Çindən sensasion iddia: COVİD-19 Uhandan yox, bu ölkələrdən yayılıb
27 Noy 2020 20:15
1322

Çindən sensasion iddia: COVİD-19 Uhandan yox, bu ölkələrdən yayılıb

COVID-19-un ilk yayıldığı ölkə kimi tanınan Çin bu iddiaları rədd edib.

Yenisabah.az xəbər verir ki, məlumat iqtidar mediası olan “People's Daily” ("Xalqın Gündəliyi") qəzetində yer alıb.

Çin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin keçmiş rəhbəri Zeng Guangın fikirlərinə əsaslanan məqalədə virusun ölkəyə idxal olunan dondurulmuş ərzaq məhsulları vasitəsilə gəldiyi bildirilib:

“Virusun ilk dəfə harada və nə zaman yayılmağa başladığını bilmək bütün sualların cavabı deyil. Məlum olur ki, virus Uhan şəhərində aşkar edilməmişdən əvvəl dünyanın müxtəlif yerlərində mövcud olub”.

Zeng Guang virusun ilk dəfə Çində aşkarlanmasının əsas səbəbini ölkənin SARS virusu ilə mübarizə üçün qurduğu "epidemiya əleyhinə sistem"in uğuru kimi qiymətləndirib.

Sabiq dövlət rəsmisinin açıqlamasındakı ən təəccüblü detallardan biri də epidemiyanın izlərinin əvvəllər İspaniya və İtaliyada görülməsi olub. Zeng İtaliyanın Milli Xərçəng İnstitutunun yayımladığı bir məqaləyə istinadən bildirib ki, keçən ilin oktyabr ayında ölkəyə aparılmış xərçəng xəstələrinin nümunələrində COVID-19 antikoru tapılıb.

Başqa bir məqalədən çıxarışda isə 2019-cu ilin mart ayında götürülmüş nümunələrdə Barselonanın kanalizasiya sistemində SARS-Cov-2 izlərinin tapıldığı iddia edilib. /Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər