Çindən Yaponiyaya xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Çindən Yaponiyaya xəbərdarlıq

Dünya

27 May 2026 22:12 137


Çin Yaponiyanın hərbiləşmə siyasətini tənqid edərək, Tokionun beynəlxalq ictimaiyyətin narahatlığını nəzərə almasını istəyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin keçirdiyi brifinqdə danışıb.

O bildirib ki, Yaponiya son illərdə hərbi xərclərini davamlı şəkildə artırır, ölümcül silah ixracına qoyulan məhdudiyyətləri yumşaldır və uzunmənzilli raketlərin yerləşdirilməsi istiqamətində addımlar atır. Pepperoni pizza

Mao Nin həmçinin Yaponiyanın "əks-hücum imkanları" adı altında hücum potensialını genişləndirdiyini, böyük həcmdə həssas nüvə materialı topladığını və "sülh konstitusiyası"na dəyişikliklərlə bağlı təşəbbüslər irəli sürdüyünü deyib.

Çin rəsmisi Tokioya tarixdən dərs çıxarmağa, sülh öhdəliklərinə sadiq qalmağa və Asiya ölkələrinin etimadını qazanmaq üçün konkret addımlar atmağa çağırış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!