Məktəblərlə bağlı YENİ BƏYANAT –   Əsas tələb açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Məktəblərlə bağlı YENİ BƏYANAT – Əsas tələb açıqlandı

Sosial

15 Oktyabr 2026 16:25 267


Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə vahid geyim qaydalarına riayət edilməsinin vacibliyini vurğulayıb.

Bu barədə "Yeni Sabah"a Assosiasiyanın bəyanatında bildirilib.

AGMA qeyd edib ki, məktəblərdə geyim qaydaları nizam-intizamın qorunmasına, vahid yanaşmanın təmin edilməsinə və şagirdlər üçün bərabərhüquqlu təhsil mühitinin yaradılmasına xidmət edir. pizza sifarişi

Bəyanatda vurğulanıb ki, qaydaların düzgün tətbiqi məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər arasında qarşılıqlı əməkdaşlıq tələb edir. Qaydaların mahiyyəti və tətbiq mexanizmi aydın izah edilməli, yaranan suallar qarşılıqlı hörmət və açıq dialoq əsasında müzakirə olunmalıdır.

Assosiasiya məktəb rəhbərləri və müəllimləri geyim qaydalarını izah edərkən peşəkar və həssas yanaşma nümayiş etdirməyə, şagirdlərin hüquq və ləyaqətini qorumağa çağırıb. Valideynlərə isə narahatlıqlarını konstruktiv dialoq çərçivəsində ifadə etmək və məsələyə qüvvədə olan normativ hüquqi aktların tələbləri əsasında yanaşmaq tövsiyə olunub.

AGMA müəllimlərin davranışı və xarici görünüşünün də məktəbdə formalaşan ümumi mühitin bir hissəsi olduğunu bildirib. Qeyd edilib ki, müəllim öz davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və geyimi ilə şagirdlərə nümunə olmalıdır.

Assosiasiya bir daha bəyan edib ki, məktəblərdə müəyyən edilmiş geyim qaydalarına riayət olunması vacibdir. Bu prosesdə bütün tərəflərin məsuliyyətli davranışı, qarşılıqlı hörmət və əməkdaşlıq əsas şərtlərdir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!