“Rusiya və Çin mediası birləşməli, Qərb mətbuatının dünyasında dominant təsir tendensiyasını tərsinə çevirməlidir”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Çinin Vladivostokdakı baş konsulu Piao Yanqfan deyib.
O bildirib: “İndi dünyada, xüsusən də mətbuat sahəsində Qərb mediası dominant rol oynayır, Çin və Rusiyanın yanlış obrazları yaradılır. Biz səylərimizi birləşdirməliyik, ilk növbədə, tərəfdaş ölkənin həqiqi imicini yaratmalıyıq”. pizza sifarişi
Piao Yanqfan qeyd edib ki, rusiyalı jurnalistlər beynəlxalq məsələlərdə Çinin mövqeyini heç də həmişə düzgün əks etdirmirlər:
“Peşəkarlığımızı, bununla bağlı ixtisasımızı təkmilləşdirməli, təxminlərdən qaçmalı, habelə mövzunu dərindən araşdırmalıyıq. Bu baxımdan öyrənmək üçün yer var”.
Telegram kanalımız