COVID-19 pasportu olmayan qəssablar Qurban bayramında işləyə bilməyəcək

saytların hazırlanması

Evə çatdırılma

COVID-19 pasportu olmayan qəssablar Qurban bayramında işləyə bilməyəcək

Sosial

15 İyul 2021 17:32 781


“Qurban bayramı ilə əlaqədar respublika üzrə 88 məntəqə müəyyənləşib. Kəsim məntəqələrində fəaliyyət göstərənlər ən azı 1 doza vaksin qəbul etməlidirlər”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlüksizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş baytar müfəttişi Qalib Əbdüləliyev Qurban bayramı ilə bağlı sualları cavablandırarkən bildirib.

Q.Əbdüləliyev deyib ki, bu yerlər sanitar qaydalara əməl edilməklə heyvanların kəsimi mümkündür: Dördpendirli pizza

“İstehlakçılardan xahiş edirik ki, qurbanlıq heyvanların alınması, satılması üçün bu ünvanlardan istifadə etsinlər”.

AQTA rəsmisinin sözlərinə görə, kəsim yerlərində baytarlıq nəzarəti təmin olunmalıdır:

“Heyvan mütəxəssis nəzarətində kəsilməlidir. Kəsimdən sonra müayinədən keçdikdən sonra soyuq zəncir qaydalarına nəzarət olunmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!