Cüdoçularımız beynəlxalq yarışı 11 medalla başa vurdular

saytların hazırlanması

Evə çatdırılma

Cüdoçularımız beynəlxalq yarışı 11 medalla başa vurdular

İdman

31 Avqust 2026 19:29 75


Azərbaycan cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turniri 11 medalla başa vurublar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

İdmançılar 7 qızıl, 2 gümüş və 2 bürünc mükafat qazanıblar. Milli bu nəticə ilə yarışın komanda hesabında birinci yeri tutub. Dördpendirli pizza

Böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb. U16 yaş kateqoriyasında Aqil Nağıyev (55 kq), Hüseyn Şıxəliyev (66 kq) və Məhəmmədəli Mehdi (81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Daha əvvəl U18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığma 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə edib. Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) qızıl, Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medala yiyələniblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!