Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin axtarışları davam etdirilir.
Yenisabah.az xəbər verir ki, tələbələrdən biri – Şahin Vəliyevin anası Hüseynova Esmira “Elgizlə izlə” proqramına açıqlama verib.
O, oğlundan heç bir xəbər ala bilmədiyini deyib: Dördpendirli pizza
“Oğlumdan xəbər ala bilmirəm. Çox yerdə soyadını Verdiyev kimi yazsalar da oğlumun soyadı Vəliyevdir. Mən övladımın axtarışı üçün nə istəsələr edərdim. Özüm də hərbçiyəm 44 günlük müharibədə iştirak etmişəm. Oğlum idmançıdır. Bizim yaşayış evimiz raket hücumu nəticəsində dağıdılıb. Mən uşaqlarımı əziyyətlə böyütmüşəm. Ayın 5-i oğlumla danışmışdım, sonra səhər saatlarında eşitdik ki, zəlzələ olub. Nə qədər zəng etsəm də cavab vermədi. Qrup yoldaşları da məlumat ala bilmədiklərini dedilər. Xəstəxanalarda da tapmayıblar. İnönü universitetinin, idman fakültəsində təhsil alırdı”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız