Daha 9 şagirddə koronavirus aşkarlandı
01 Okt 2020 17:02
438

Daha 9 şagirddə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Yenisabah.az-a bildirilib ki, sentyabrın 30-da 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 3 olub.

Ümumilikdə indiyədək distant təhsilə keçirilmiş məktəblərin sayı 1, siniflərin sayı 22 olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər