Daha bir ölkə Rusiyaya qarşı sanksiyalara qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Daha bir ölkə Rusiyaya qarşı sanksiyalara qoşuldu

Dünya

29 Mart 2023 22:51 1031


İsveçrə Rusiyaya qarşı Avropa İttifaqının tətbiq etdiyi onuncu sanksiya paketinə qoşulub.

Yenisabah.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.

Bildirilib ki, İsveçrə daha 120-yə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Hökumət sanksiyaların qalan hissəsinin qüvvəyə minməsi üçün addımlar atır. Rəsmi açıqlamada deyilir ki, İsveçrə Rusiyaya humanitar xidmətlərin göstərilməsinə məhdudiyyət qoymayacaq.  Toyuqlu pizza

Qeyd edək ki,  Avropa İttifaqı fevralın 26-da Rusiyaya qarşı onuncu sanksiyalar paketini təsdiqləyib. Rusiya Federasiyasından 83 fiziki və 33 hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Rusiya ərazisindən ikili təyinatlı malların tranzitinə, Rusiyaya bir sıra malların tədarükünə, bitum və sintetik kauçukun idxalına qadağa qoyulub./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!