Dalay Lamanın “şıltaqlığı“ başına oyun açdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Dalay Lamanın “şıltaqlığı“ başına oyun açdı - Video

Dünya

10 Aprel 2023 15:30 745


Tibetin ruhani lideri Dalay Lamanın ictimaiyyət qarşısında azyaşlı uşağı öpmək istəməsi böyük müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, Tenzin Qyatso (14-cü Dalay Lama) kameralar qarşısında etdiyi hərəkətə görə beynəlxalq ictimaiyyətin sərt qınağına məruz qalıb.

Tədbirlərin birində azyaşlı uşağı dodağından öpən, daha sonra "dilini əmməyi" təklif edən 87 yaşlı Dalay Lamanın hərəkətləri böyük əks-səda doğurub. Sezar pizza

Sosial şəbəkələrdə qısa müddət ərzində sürətlə yayılaraq tənqid hədəfinə çevriləndən sonra Dalay Lamanın ofisi açıqlama verib:

"Dalay Lama azyaşlı oğlandan, ailəsindən və bütün dünyadakı dostlarından hərəkətinə görə üzr istəyir. O, tez-tez tədbirlərdə və hətta kameralar çəkiliş aparmadan belə məsum və şıltaq zarafatlar etməyi sevir”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!