DÇ-nin antirekordu təkrarlandı

saytların hazırlanması

Evə çatdırılma

DÇ-nin antirekordu təkrarlandı

İdman

26 İyun 2026 13:37 89


DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Niderland millisi Tunisə 3:1 hesabı ilə qalib gəlib.

"Yeni Sabah" xəbər verir ki, görüşün 3-cü dəqiqəsində Tunis yığmasının yarımmüdafiəçisi Ellyes Şkiri topu öz qapısına göndərərək avtoqol müəllifi olub.

Bu, DÇ-2026-da vurulan 12-ci avtoqol kimi qeydə alınıb. Nəticədə DÇ-2026 2018-ci il dünya çempionatının rekordunu təkrarlayıb. pizza mizza

DÇ-2018-də 12 avtoqol turnirin bütün 64 oyunu ərzində qeydə alınmışdı. DÇ-2026-da isə bu göstəriciyə artıq 54-cü matçda çatılıb.

Davam edən dünya çempionatında avtoqolların sayının yeni rekordla başa çatacağı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!