Flik “Barselona” tarixinə düşdü

saytların hazırlanması

Evə çatdırılma

Flik “Barselona” tarixinə düşdü

İdman

15 Oktyabr 2026 14:58 79


Hansi Flik "Barselona"nın sükanı arxasında göstərdiyi performansla Kataloniya klubunun şanlı tarixinə adını qızıl hərflərlə yazdırıb.

“Yeni Sabah” xəbər verir ki, alman mütəxəssisin rəhbərliyi altında komanda 1923/24-cü illər mövsümündən bəri son 103 ilin ən yaxşı mövsüm başlanğıcına imza atıb. "Barselona" mövsümün ilk 10 oyununun heç birində xal itirməyərək 10 qələbə qazanıb və rəqib qapılarından müthiş 43 qol keçirib.

Bununla yanaşı, Hansi Flik klub tarixində ən azı 10 oyunda komandanı idarə etmiş baş məşqçilər arasında ən yüksək qələbə faizinə sahib olan mütəxəssis ünvanını da ələ keçirib. Kataloniya təmsilçisinin sükanı arxasında çıxdığı 127 oyunda 98 qələbə qazanan Flik 77,17% göstərici ilə əfsanəvi adları geridə qoyub. Dominos pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!