Çaqqal kəndə hücum etdi - 3 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Çaqqal kəndə hücum etdi - 3 nəfər xəsarət aldı

Hadisə

15 Oktyabr 2026 15:41 66


Qusar rayonunun İmamqulukənd kəndində çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsinə görə rayon xstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanada pasiyentlərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin tətbiq olunub. Marqarita pizza

Vəziyyətləri stabil qiymətləndirilən hər üç pasiyent ambulator müalicə üçün artıq evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!