Dənizdə boğulan qızın meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə boğulan qızın meyiti tapıldı

Sosial

21 İyul 2022 10:43 1294


Xəbər verdiyimiz kimi, dünən 17 və 15 yaşlı müvafiq olaraq Aysel və Aysun adlı 2 bacı boğularaq həyatını itirib. Böyük bacı Ayselin meyiti dünən tapılaraq ailəsinə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysun Asəf qızı Abdulzadənin cəsədi FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarıç qrupu tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir. Toyuqlu pizza

Nurlan Cəfəri


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!