Deputat: “Fransa Şengen zonasını tərk etməlidir”

saytların hazırlanması

Evə çatdırılma

Deputat: “Fransa Şengen zonasını tərk etməlidir”

Dünya

07 İyul 2023 14:24 1076


“Fransa ölkədə yeni iğtişaşların qarşısını almaq üçün Şengen zonasını tərk etməlidir”. 

"Report" xəbər verir ki, bunu Fransa parlamentinin deputatı, “Qalx, Fransa” siyasi hərəkatının lideri Nikolya Düpon-Eqnan CNews.ru telekanalına müsahibəsində deyib.

“Biz bunu dayandırmalıyıq. Milli sərhədlərin yaradılmasını və Şengendən çıxmağı tələb edən yeganə şəxs mənəm", - o bildirib. Toyuqlu pizza

Hərəkat lideri Fransada mühacirət məsələsinin nəzarətsiz qaldığına da toxunub.

Onun sözlərinə görə, Fransadakı iğtişaşların əsas səbəbi miqrantlarla bağlı problemdir.

Qeyd edək ki, bundan əvvəl yayılan məlumatlarda Fransadakı iğtişaşların 2024-cü il Olimpiadasını poza biləcəyi vurğulanıb. Artıq ilk iğtişaşçılar həbs cəzası alıblar. Üç nəfərə dörd aya qədər həbs cəzası verilib, daha 30 etirazçı isə yaxın vaxtlarda məhkəməyə çıxarılacaq. Fransa mətbuatı prezident Emmanuel Makronun vəziyyətə nəzarəti sürətlə itirdiyini yazır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!