Hindistanda Bihar ştatının qanunverici məclisinin üzvü Anant Sinqh qızının toyuna 400 000-ə qədər insan dəvət edəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.
Məlumata görə, deputatın qızı Şivanqinin toy mərasimi Sinqin doğma kəndində keçiriləcək və orada hazırlıq işləri artıq geniş şəkildə davam edir. Məişət texnikası
Qonşu Uttar Pradeş ştatından gələn ustalar nəhəng çadırlar və mərasim üçün xüsusi məkan qururlar. Cütlük üçün uzunluğu təxminən 30 metr olan səhnə hazırlanır və bu səhnə 15 tonluq bəzək əşyaları ilə bəzədiləcək. Yüksək vəzifəli qonaqlar üçün isə ayrıca bir çadır ayrılıb.
Deputat bildirib ki, təkcə Hindistandan deyil, hətta Pakistandan da qonaq dəvət edib. Qonaqlar arasında onlarla sənətçi və siyasətçinin olacağı gözlənilir. Baş nazir Modiyə də dəvət göndəriləcək. Amma onun toya qatılıb-qatılmayacağı isə hələlik məlum deyil.
Telegram kanalımız