Deputat təklif verdi: “Polislərin maaşı iki dəfə artırılsın“

saytların hazırlanması

Evə çatdırılma

Deputat təklif verdi: “Polislərin maaşı iki dəfə artırılsın“

Sosial

11 Noyabr 2021 12:47 1044


Azərbaycanda polislərin maaşlarının artırılması təklif edilib.

Yenisabah.az-ın xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, polislərin maaşının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Çünki hazırda onların maaşı çox aşağıdır”. Dördpendirli pizza

Q.Həsənquliyev həmçinin qeyd edib ki, yay aylarında Türkiyədə və Azərbaycanda baş verən yanğınlarda FHN-nin işçiləri çox böyük fədakarlıqlar göstəriblər. Deputat yeni amfibiya təyyarələrinin və helikopterlərin alınmasını da təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!