“Universitetlərdə elmi dərəcəsi olmayan yaxud saxta namizədlik və doktorluq elmi dərəcəsi alanlara vəzifələr verilir”.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib. O, bildirib ki, yaxud qohumları, yerliləri, dostlarına bütün universitet əməkdaşlarını narazı salan seçkilər keçirməklə vəzifələr verilir.
“Yaxın günlərdə bu cür dağıdıcı və antimilli məsələlər barədə Milli Məclisdə çıxışım olacaq. Bu hallar universitetlərdə təhsil mühitini korlayır. Ümidsizlik yaradır. Bu Universitetlərin rəhbərlərinə sual verin: Nə üçün bunu edirsiniz?”. Marqarita pizza
Deputat bu sualları Azərbaycan Neft və Sənaye, Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji universitetlərinin rektorlarına ünvanlayıb.
Telegram kanalımız