Deputatdan sevindirici XƏBƏR: “Maaşlar ARTIRILACAQ”

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan sevindirici XƏBƏR: “Maaşlar ARTIRILACAQ”

Sosial

24 Oktyabr 2023 16:01 1411


Maliyyə Nazirliyinin saytında dərc olunan 2024-2027-ci illər üçün büdcə proqnozlarına əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək 1153 manata çatacaq. Bu ilin yekunları üzrə isə orta aylıq əməkhaqqının 930 manat səviyyəsində olması gözlənilir.

Beləliklə, 2027-ci ildə orta aylıq nominal əməkhaqqının artımı cari illə müqayisədə 24% təşkil edəcək.

2024-cü il üçün orta aylıq əməkhaqqı 980 manat, 2025-ci ildə - 1038 manat, 2026-cı ildə - 1095,4 manat səviyyəsində proqnozlaşdırılır. 2023-2027-ci illərdə Azərbaycanda əhalinin nominal pul gəlirləri də artacaq. Toyuqlu pizza

Maaşlar nə qədər artacaq?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2027-ci ilə qədər dövlət büdcəsində 5 fazilik artımın olması nəzərdə tutulub:

“Burdan da aydın olur ki, büdcəmizin artması nəticəsində ilk növbədə sosial xərclərə əhəmiyyət verilir. Ona görə ki, sosial siyasət hökumətin əsas prioritet məsələlərindən biridir. Bu baxımdan da əmək haqlarının artırılması mümkün olacaq və bu, 2027-ci ilə qədər reallaşacaq”. 

Bəs əməkhaqlarının artırılması inflyasiyaya necə təsir göstərəcək?

Hər il Azərbaycanda inflyasiya həddi qədər əmək haqqının artırıldığını söyləyən deputat, bu il inflyasiyanın 6 faiz həcmində proqnozlaşdırıldığını vurğulayıb:

“Hökumət də buna uyğun olaraq, sosial siyasət həyata keçirir və bahalaşmanın əhalinin gəlirlərinə təsir etməməsinə və şəffaflığın təmin olunmasına çalışır. Üstəlik, bunun qarşısının alınması üçün inzibati tədbirlər görülür. Digər tərəfdən isə dövlət ehtiyatların yaradılması vasitəsilə vətəndaşların həyati əhəmiyyətli xərclərini limitləyir və məhsulların kəskin bahalaşmasının qarşısının alınması üçün tədbirlər görür”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!