Deputatın başına gələnlər hər kəsi təəccübləndirdi – 13 saat tualetdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Deputatın başına gələnlər hər kəsi təəccübləndirdi – 13 saat tualetdə qaldı

Hadisə

17 Sentyabr 2026 15:05 108


Belçikada deputat parlament binasındakı tualetin qapısının kilidi xarab olduğu üçün təxminən 13 saat içəridə köməksiz vəziyyətdə qalıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Brüsseldəki Flamand Parlamentində baş verib. Vlaams Belang partiyasının 58 yaşlı deputatı Frederik Erens tualetə daxil olduqdan sonra qapının kilidinin sıradan çıxması səbəbindən oradan çıxa bilməyib.

Məlumata görə, deputat uzun müddət içəridə qaldıqdan sonra kömək çağırıb. Hadisə ilə bağlı təcili yardım qrupları parlament binasına gəlib. pizza mizza

Xilasedicilər nasaz kilidi aça bilmədikləri üçün qapını ling vasitəsilə sındıraraq deputatı çıxarıblar.

Təxminən 13 saat qapalı məkanda qalan Erens xilas edildikdən sonra nəfəs almaqda çətinlik çəkib. Buna görə də o, Brüsseldəki Saint-Jean xəstəxanasına aparılıb.

Deputatın səhhəti ilə bağlı əlavə məlumat açıqlanmayıb. Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Frederik Erens 2024-cü ildə Flamand Brabant bölgəsindən Flamand Parlamentinə seçilib. O, parlamentdə Nəqliyyat və İctimai İşlər, eləcə də Xarici Siyasət komitələrində fəaliyyət göstərir. Erens eyni zamanda Keerbergen Bələdiyyə Şurasının üzvüdür.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!