Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri aprelin 1-də elan olunub və Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.
DİM-dən Yenisabah.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş 47213 nəfərdən 34965 nəfər öz nəticələrinə (topladığı bala) baxıb. Cavab vərəqlərinə (verilən tapşırıqlara hansı cavabı yazdığına) isə cəmi 20457 nəfər baxıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər üçün aprelin 4-dən etibarən elektron ərizə qəbuluna başlanılıb. Marqarita pizza
Lakin təcrübə göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə öz cavabı ilə mümkün doğru cavabları müqayisə edib qiymətləndirmə meyarları ilə tanış olmadan komissiyaya müraciət edirlər.
İmtahan iştirakçısı Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl DİM-in saytında, yuxarıda qeyd olunan müvafiq məlumatlarla öz səhifəsində tanış olmalıdır. Yalnız bundan sonra onun hər hansı müraciəti olarsa, ərizə təqdim etməlidir.
Nəzrin Vahid
Telegram kanalımız