Avqustun 19-da ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu qismində 92, itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 23,6 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb. Marqarita pizza
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər də saxlanılıb.
Telegram kanalımız