DİN-dən Əli Kərimlinin iddialarına  Cavab - Video
20 Okt 2019 11:08
852

DİN-dən Əli Kərimlinin iddialarına Cavab - Video

Daxili İşlər Nazirliyi (DİN) ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.

"Yeni Sabah" xəbər verir ki, DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib.

 

Oxşar xəbərlər