DİN-dən  gündəm olan “narkotik işləri” haqda -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

DİN-dən  gündəm olan “narkotik işləri” haqda - Açıqlama

Sosial

07 İyul 2022 16:42 1163


Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün “Yeni Sabah” saytında yayımlanan “Narkotiklə şərləmə necə olur?” başlıqlı müəllif yazısına reaksiya verib. 

Yenisabah.az-a daxil olan açıqlama DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovun adından təqdim olunub. Qurumun cavabını olduğu kimi təqdim edirik: 

“Nəzərinizə çatdırırq ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə hər bir polis əməkdaşının şərəf işidir. Bir faktı demək kifayətdir ki, təkcə bu ilin 6 ayı ərzində daxili işlər orqanları tərəfindən 1 ton 975 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılmasına nail olunub. pizza mizza

Çox təəssüf hissi ilə qeyd edirik ki, polis əməkdaşlarının gecə-gündüz, həyatlarını təhlükə altına qoyaraq gərgin əməyinin nəticəsində əldə olunan bu nəticələrə müəyyən şəxsi maraqlar naminə kölgə salmaq cəhdlərinə rast gəlinməkdir. Bu məqsədlə bəzi şəxslər mətbuat vasitəsi ilə həqiqətə uyğun olmayan məlumatlar tirajlamaqla narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməkdə təqsirli bilindikləri üçün tutulan vətəndaşların istintaqını aparan və ədalət mühakiməsinə cəlb edilməsində iştirak edən dövlət orqanlarının əməkdaşlarına təsir etməyə, istintaqa mane olmağa çalışırlar.

Yazılan məqalədə göstərilən xüsusatlarla bağlı isə qeyd edək ki, Baş Narkotiklərlə İdarəsinin əməkdaşlarının 25.09.2019-ci ildə Yevlax rayonunda həyata keçirdikləri əməliyyat zamanı saxlanılan vətəndaş İbrahimov İbrahim Saleh oğlunun yaşadığı mənzildən 1 kiloqram 315 qram, meşə zolağında isə ona məxsus 13 kiloqram 450 qram qurudulmuş marixuana və 8 ədəd aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş çətənə bitkisi aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3 və 237.1-ci maddələri ilə cinayət işi başlanılıb və vətəndaş İbrahimov İbrahim Saleh oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətkimkan tədbiri seçilib. 

Qeyd olunan cinayət işi üzrə sübutlar, narkotik vasitələrin aşkar edilməsi zamanı lentə alınan videogörüntülər məhkəmə baxışı zamanı təqdim edilib və vətəndaş İbrahimov İbrahim Saleh oğlunun cinayət əməli tam sübuta yetirilib. Həmin cinayət işi üzrə İbrahimov İbrahim Saleh oğlun azadlıqdan məhrum edilməsinə dair məhkəmə hökmü çıxarılıb.

Məqalədə adı çəkilən digər faktla bağlı isə nəzərinizə çatdıraq ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılan vətəndaş A.Şahbazov barəsində verilmiş qərardan Sumqayıt Şəhər Apelyasiya məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya protesti verilib. Məhkəmənin yekun qərarı olmadan, istintaq materiallarının konteksdən çıxarılaraq təqdim edilməsi və polisin ünvanına qərəzli fikirlər səsələndirmək isə jurnalistika ilə bir araya sığmayan hərəkətlərdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!