DİN İranla bağlı MÜHÜM MƏLUMAT yaydı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

DİN İranla bağlı MÜHÜM MƏLUMAT yaydı - FOTOLAR

Sosial

12 Aprel 2024 11:42 860


Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılaraq həbs edilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilib. K.Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan "Cəlal" adlı İran vətəndaşının gösərişi ilə narkokuryerlik etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə aparmalı imiş. pizza sifarişi

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bəhman Kələşov
    Başlığa bax, məlumata bax.Gedin özünüzə sənət tapın.Çörəyi Kişi kimi qazanın.Özünüzü lap axırıncı yola qoymusuz.
    2 years ago