Sentyabrın 4-də ölkə ərazisində 60 cinayət hadisəsinin açılması təmin edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayət də polis əməkdaşları tərəfindən açılıb. Dominos pizza
Axtarışda olan 149 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 128-i borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər isə saxlanılıb.
Aytac Əliyeva
Telegram kanalımız