Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub
29 Okt 2020 14:20
254

Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub

Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın bu addımı qəti surətdə pislənir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər