Diqqət! Bakıda reyd var - Fotolar
30 Okt 2020 09:45
519

Diqqət! Bakıda reyd var - Fotolar

Son günlər Covid-19-a yoluxanların sayında artım müşahidə olunur. Bunu nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə  birgə reydlərin keçirilməsi davam etdirilir.

Bakı ŞİH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə vətəndaşlarla qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, müvafiq izahatlar verilir, ilk növbədə ictimai nəqliyyatda, insanların sıx toplaşdığı məkanlarda,  ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır.

Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur. 

Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.

 

Diqqət! Bakıda reyd var - Fotolar
Diqqət! Bakıda reyd var - Fotolar
Diqqət! Bakıda reyd var - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər