DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sabah bu ərazilərdə qaz olmayacaq

Sosial

29 Fevral 2024 20:57 774


Sabah Salyan rayon mərkəzinin (bir hissəsi) və rayonun 15 kəndinin, Neftçala rayonunun 12 kəndinin, həmçinin paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, "Qaz İxrac" idarəsi tərəfindən “Şorsulu əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının müvəqqəti qaz sayğacı ilə əvəzlənməsi məqsədilə martın 1-i 14:00-dan 16:00-dək “Şorsulu əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. pizza hut

Bildirilib ki, həmçinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində qeyri-yaşayış sahəsinə çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə martın 1-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!