DİQQƏT! Yağışlardan öncə bunları etməsəniz evinizi su basa bilər

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Yağışlardan öncə bunları etməsəniz evinizi su basa bilər

Sosial

06 Sentyabr 2026 11:40 620


Payız mövsümündə ardıcıl və leysan xarakterli yağışlar həyət evləri üçün ciddi fəsadlar yaradır. Bu ilin aprel ayında Bakı və Abşeron yarımadasında müşahidə olunan şiddətli yağışlar zamanı yüzlərlə həyət evini su basması, drenaj sistemlərinin iflic olması və infrastruktura dəyən zərər məsələnin nə qədər kritik olduğunu bir daha nümayiş etdirdi.

“Yeni Sabah” xəbər verir ki, xüsusilə relyef baxımından çökək ərazilərdə yerləşən, torpaq udma qabiliyyəti aşağı olan və ya infrastruktur planlaması zəif aparılmış həyət evləri bu təbii prosesdən daha çox əziyyət çəkir.

Yağışların yarada biləcəyi əsas zərərlər: pizza

Bünövrə və divarların rütubətlənməsi: Suyun həyətdə uzun müddət qalması bünövrəyə sızaraq betonun və daşın strukturu zədələyir, evdə nəmişlik, kiflənmə və xoşagəlməz qoxu yaradır.

Evlərin və zirzəmilərin su ilə dolması: Drenajın olmaması və ya tutulması səbəbindən küçədən və həyətdən axan su zirzəmilərə və birinci mərtəbələrə dolaraq mebelləri, məişət texnikasını və təmirli sahələri yararsız hala salır.

Kanalizasiya və drenaj xətlərinin daşması: Yağış suyunun çirkab su xətlərinə aşırı yüklənməsi nəticəsində məişət kanalizasiyası geriyə vurur, bu da ciddi sanitar-gigiyenik təhlükə törədir.

Həyətyanı sahənin və torpağın yuyulması: Səki daşları, kafel örtükləri çökür, torpaq qatı yuyularaq ağac və bitki örtüyünə zərər dəyir.

Elektrik və kommunikasiya xətlərində qısaqapanma: Zirzəmiyə və ya həyətdəki açıq elektrik yuvalarına sızan su yanğın və həyati təhlükə riski yaradır.

Fəsadların qarşısını almaq üçün görülməli tədbirlər:

Effektiv drenaj və yağış suyu axın sisteminin qurulması: Həyətin müxtəlif nöqtələrində suyığan barbarlar (izqaralar) quraşdırılmalı və suyun evdən kənara, təbii meyilliliklə mərkəzi kanallara və ya xüsusi su quyularına axıdılması təmin edilməlidir.

Dam və nov sistemlərinin təmizlənməsi: Payız gəlmədən öncə damda toplanan yarpaq, toz və zibillər təmizlənməli, yağış borularının açıq və zədəsiz olduğuna əmin olunmalıdır.

Bünövrənin və zirzəminin hidroizolyasiyası: Bünövrənin xarici divarları sukeçirməz materiallarla (ruberoid, bitum bitumlu mastika və ya xüsusi izolyasiya qatları) örtülməli, zirzəmi divarlarına daxildən və xaricdən hidroizolyasiya çəkilməlidir.

Həyətin meyillilik dərəcəsinin düzgün ayarlanması: Həyət örtüyü (beton, tamet və ya torpaq) elə planlaşdırılmalıdır ki, su evin bünövrəsinə doğru deyil, əks istiqamətə — küçəyə və ya drenaj quyusuna tərəf axsın.

Ehtiyat su nasoslarının (pompaların) hazırlanması: Su basma riski yüksək olan ərazilərdə zirzəmilərə avtomatik işə düşən drenaj nasosları yerləşdirilməlidir.

Elektrik xətlərinin təhlükəsizliyi: Həyətdəki və zirzəmidəki elektrik xətləri sudan təcrid olunmalı, qoruyucu avtomatlar və torpaqlama sistemi yenilənməlidir.

Aprel yağışlarının təcrübəsi göstərdi ki, profilaktik tədbirləri yağıntılar başlamazdan əvvəl görmək, fəsadlar baş verdikdən sonra onları aradan qaldırmaqdan dəfələrlə ucuz və təhlükəsizdir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!