Evinizi bu şəxslərə satsanız, dövlətə daha az pul ödəyəcəksiniz -   ƏLAVƏ XƏRCLƏR VAR

saytların hazırlanması

Evə çatdırılma

Evinizi bu şəxslərə satsanız, dövlətə daha az pul ödəyəcəksiniz - ƏLAVƏ XƏRCLƏR VAR

Sosial

12 Noyabr 2026 17:07 34


Azərbaycanda mənzil və torpaq alqı-satqısı zamanı vətəndaşları bir neçə növ dövlət rüsumu və əlavə xidmət haqqı gözləyir.

“Yeni Sabah” xəbər verir ki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin notariat qaydasında təsdiqi zamanı ödənilən dövlət rüsumu əmlakın kimə satılmasından və əməliyyatın həyata keçirildiyi ərazidən asılıdır.

Belə ki, mənzil və ya torpaq sahəsi ər-arvada, uşaqlara, valideynlərə, baba və nənəyə, nəvə, qardaş və bacıya keçdikdə dövlət rüsumu 25 manat təşkil edir. Bu halda notariat xidmətinə görə əlavə 3,75 manat haqq tutulur. İnternetdən sifariş

Əmlak digər şəxslərə satıldıqda isə rüsum daha yüksək olur. Bakı şəhərində bu məbləğ 280 manat, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonunda 196 manat, digər şəhər və rayonlarda isə 140 manatdır. Müvafiq olaraq xidmət haqqı da 42 manat, 29,40 manat və 21 manat təşkil edir.

Bununla yanaşı, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 50 manat, texniki pasport və plan-ölçü sənədlərinin verilməsi üçün isə 75 manat dövlət rüsumu ödənilir.

Qeyd edək ki, bu məbləğlər yalnız dövlət rüsumu və göstərilən notariat xidmət haqqını əhatə edir. Əmlakın qeydiyyatı zamanı digər xidmət haqları və əlavə xərclər də yarana bilər.

Beləliklə, mənzil alan və satan şəxslərin ödəyəcəyi məbləğ əməliyyatın növünə, tərəflər arasındakı qohumluq münasibətinə və əmlakın yerləşdiyi əraziyə görə dəyişir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!