Dondurmada koronavirus aşkarlandı
17 Yan 2021 21:12
313

Dondurmada koronavirus aşkarlandı

Çinin Tyantszin şəhərində hərkəsi təəccübləndirən hadisə yaşanıb.

Yenisabah.az xəbər verir ki, “Daqiaoda Food Co.” adlı firmanın istehsal etdiyi dondumalarda koronavirus aşkarlanıb. Bundan sonra şirkətin 662 işçisi karantinə alınıb.

Sözügedən firmanın ətraf şəhərlərə 2000-dən çox dondurma payladığı bildirilib. Hazırda dondurmalara koronavirusun necə keçdiyi haqqında araşdırmalar aparılır.

Mütəxəssislər isə, işçilərdən birinin Covid-19-a yoluxması nəticəsində virusun dondurmaya keçdiyini bildirir.   /Axsam.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər