Dövlət başçısından Baş nazirə təşəkkür

saytların hazırlanması

Evə çatdırılma

Dövlət başçısından Baş nazirə təşəkkür

Siyasət

08 Noyabr 2026 13:14 46


Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Prezidentin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, Zəfər Günü münasibətilə mənə və Azərbaycan xalqına ünvanladığınız səmimi təbriklərə görə təşəkkür edirəm. pizza

8 noyabr torpaqlarımızın azad edilməsini və təxminən otuz illik işğalın sona çatmasını qeyd edən, xalqımız üçün əlamətdar bir gündür.

Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Ötən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız bizim daimi dostluğumuzun və qardaşlığımızın daha bir sübutu idi", - paylaşımda deyilir.

Xatırladaq ki, Şahbaz Şərif təbrikində 8 Noyabrı Azərbaycan xalqının cəsarət, qətiyyət və fədakarlığının tarixi sübutu adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!