Dövlət bu sahibkarlar üçün tələb qoydu

saytların hazırlanması

Evə çatdırılma

Dövlət bu sahibkarlar üçün tələb qoydu

İqtisadiyyat

11 Avqust 2026 11:14 216


Çinə qida və içki məhsulları ixrac edən müəssisələr üçün CIFER sistemində qeydiyyatdan keçmək tələb olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Çin Xalq Respublikasına (ÇXR) qida və içki məhsulları ixrac edən xarici istehsalçı müəssisələrin qeydiyyatı ÇXR-in Baş Gömrük İdarəsi (GACC) tərəfindən idarə olunan CIFER (China Import Food Enterprise Registration) elektron sistemi vasitəsilə həyata keçirilir. pizza mizza

Qeyd edilib ki, sistem Çinə idxal olunan qida məhsullarının təhlükəsizliyinin və izləniləbilənliyinin təmin edilməsi, xarici istehsalçı müəssisələr barədə məlumatların vahid reyestrdə toplanması və onların Çin qanunvericiliyinin tələblərinə uyğunluğuna nəzarət məqsədi daşıyır.

Məhsulun risk kateqoriyasından asılı olaraq müəssisələrin CIFER sistemində qeydiyyatı fərqli qaydada aparılır. Belə ki, bəzi məhsul kateqoriyaları üzrə qeydiyyat ixracatçı ölkənin səlahiyyətli qurumunun təqdimatı əsasında, digər kateqoriyalar üzrə isə müəssisələrin özləri tərəfindən həyata keçirilir.

AQTA-nın məlumatına görə, CIFER sistemində qeydiyyat, müəssisə məlumatlarının yenilənməsi və qeydiyyat müddətinin uzadılması rəsmi elektron portal vasitəsilə ödənişsiz həyata keçirilir.

Agentlik xüsusi olaraq bildirir ki, CIFER sistemində qeydiyyatdan keçməyən müəssisələrin istehsal etdiyi qida məhsullarının ÇXR-ə idxalına icazə verilmir.

Sahibkarlıq subyektləri CIFER sistemində qeydiyyat və digər prosedurlar barədə ətraflı məlumatı AQTA-nın təqdim etdiyi təlimat vasitəsilə əldə edə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!