Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
İyul 11, 2019 17:38
Oxunma sayı: 116

İyulun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.

Komitədən “Yeni Sabah”a daxil olan məlumata görə, vətəndaşların hər gün komitənin vəzifəli şəxsləri tərəfindən qəbulu təşkil edilir. Hər həftənin çərşənbə axşamı günü isə əvvəlcədən qəbula yazılmaqla Dövlət Komitəsi sədrinin qəbulu keçirilir.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən qəbula yazılmış vətəndaşları fərdi qaydada qəbul edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub.

Qəbulda 50-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib.

Məcburi köçkünlərə bildirilib ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Yenisabah.az