Dövlət qulluqçuları üçün pulsuz rəqəmsal təlimlər başlayır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qulluqçuları üçün pulsuz rəqəmsal təlimlər başlayır

İqtisadiyyat

09 Oktyabr 2026 13:04 85


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumlarının əməkdaşları üçün “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verir.

“Yeni Sabah” xəbər verir ki, təşəbbüsün əsas məqsədi dövlət idarəçiliyində rəqəmsal transformasiyanı sürətləndirmək və əməkdaşların rəqəmsal bacarıqlarını, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahəsindəki biliklərini artırmaqdır.

Təlimlər rəqəmsal platforma üzərindən onlayn formatda və tam ödənişsiz əsasda keçiriləcək. Proqram rəhbər şəxslər daxil olmaqla, dövlət qurumlarının bütün əməkdaşlarını əhatə edəcək. pizza mizza

Avropa İttifaqının “DigComp 3.0” kompetensiya çərçivəsi əsasında hazırlanan təlimləri uğurla başa vuran iştirakçılara rəsmi sertifikat təqdim olunacaq. Layihə 2026–2028-ci illər üzrə Fəaliyyət Planı və Rəqəmsal İnkişaf Konsepsiyasının (2025–2027) icrası çərçivəsində reallaşdırılır.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!