Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Dövlət qurumundan dana oğrularına bəd xəbər
20 Sen 2021 17:43
501

Dövlət qurumundan dana oğrularına bəd xəbər

Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) bütün kənd təsərrüfatı heyvanlarının (ilkin mərhələdə iribuynuzlu heyvanların və atların) identikləşdirilərək qeydiyyata alınması ilə yanaşı, hər bir heyvanın və heyvandarlıq məhsulunun “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. 

Azərbaycan Qida Təhülükəsizliyi Agentliyindən (AQTA) Yenisabah.az-a verilən məlumata görə, yeni yaradılacaq sistem vasitəsilə itmiş, oğurlanmış heyvanların axtarışı asanlaşacaq.

Sistem heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxdığı, neçə nömrəli heyvanın ətindən, yaxud südündən hazırlandığı, hansı istehsal müəssisəsində emal olunduğu barədə məlumatı, həmçinin digər zəruri məlumatları özündə əks etdirəcək.

Heyvanda tətbiq edilmiş peyvəndlər, habelə müalicəvi və profilaktik məqsədlə istifadə edilmiş baytarlıq preparatları və sair barədə məlumatlar da həmin sistemdə yer alacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər