DTX sərhədlə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

DTX sərhədlə bağlı açıqlama yaydı

Sosial

16 Noyabr 2021 16:53 849


Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin əhaliyə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, müraaciətdə bildirilir ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. 

“Diqqətə çatdırmaq istərdik ki, bu tip qərəzli, saxta və ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən xəbərlərin tirajlanması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.  pizza

Vətəndaşlarımızı Azərbaycanın milli təhlükəsizliyinə və maraqlarına zərər vuran, əsassız, aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirilmədən, rəsmi mənbələrə istinad olunmadan yayımlanan belə məlumatlara inanmamağa çağırırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!