“Dünya koronavirusla mübarizə üçün ən az 100 milyard dollar xərcləməlidir” - ÜST
14 Avq 2020 11:03
179

“Dünya koronavirusla mübarizə üçün ən az 100 milyard dollar xərcləməlidir” - ÜST

Rusiya prezidenti Vladimir Putinin koronavirus vaksininin hazır olduğu ilə əlaqədar şad xəbər verməsindən sonra ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) diqqət çəkən açıqlama verib.

Yenisabah.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Qebreyesus Cenevredə yerləşən mərkəzdə onlayn videokonfrans təşkil edib. Konfrans zamanı o,  virusla mübarizədə istifadə ediləcək vasitələr üçün dünyanın ən az 100 milyard dollar xərcləməli olduğunu vurğulayıb:

"G20 ölkələri virusla mübarizədə 10 trilyon dollar xərcləyib. Beynəlxalq Valyuta Fondu epidemiyanın qlobal iqtisadiyyata ayda 375 milyard dollara başa gələcəyini və qlobal iqtisadiyyatın 2 ildə 12 trilyon dollardan çox zərər görəcəyini təxmin edir".

Baş direktor koronavirusla mübarizədə dünyanın alternativ bir neçə vaksinə ehtiyac duyduğunu da xüsusi vurğulayıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər