Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri   - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələri - Siyahı

Dünya

20 Mart 2024 18:12 1440


Birləşmiş Millətlər Təşkilatının ekspertləri dünyanın ən xoşbəxt ölkəsini müəyyənləşdiriblər. 

Yenisabah.az xəbər verir ki, illik Dünya Xoşbəxtlik Hesabatına əsasən, Finlandiya yeddinci dəfə dünyanın ən xoşbəxt ölkəsi kimi tanınıb.

Reytinq martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Günü münasibətilə açıqlanıb. Dördpendirli pizza

Skandinaviya ölkələri yenidən birinci pillələrdə qərarlaşıb: belə ki, Danimarka 2-ci, İslandiya 3-cü, İsveç 4-cü yerdədir.

Qeyd edək ki, Dünya Xoşbəxtlik Hesabatında Azərbaycan 101-ci yerdə göstərilib.

Türkiyə 98-ci, Rusiya 72-ci, İran 100-cü yerə layiq görülüb.

Reytinqdə son üç yer (141-ci, 142-ci və 143-cü) Lesoto, Livan və Əfqanıstana məxsusdur.

Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur.

Tədqiqatçılar onu tərtib edərkən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına hörmət, iş təhlükəsizliyi, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!