DYP dumanlı hava ilə bağlı müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP dumanlı hava ilə bağlı müraciət etdi

Sosial

11 Mart 2023 09:18 529


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yollarda müşahidə edilən dumanlı hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə idarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb və bu da sürücülərə ciddi çətinliklər yaradır. Dominos pizza

Qeyd olunanları nəzərə alaraq, bütün sürücülərə sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!