DYP qaydanı pozmuş 17 min piyadaya xəbərdarlıq etdi:   Maaş və pensiyanızdan tutulacaq

saytların hazırlanması

Evə çatdırılma

DYP qaydanı pozmuş 17 min piyadaya xəbərdarlıq etdi: Maaş və pensiyanızdan tutulacaq

Sosial

20 Oktyabr 2023 14:29 1265


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qayda pozuntusuna yol verdiyi üçün cərimələnən piyadalara xəbərdarlıq edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə idarənin rəsmisi, polis mayoru Araz Əsgərli danışıb.

Hazırda Bakı şəhərində piyadalar tərəfindən edilən 17 mindən artıq qayda pozuntusu qeydə alınıb və bu onların cərimələri ödənilməyib.  Sezar pizza

Araz Əsgərli vurğulayıb: “Cəriməsi olan şəxslərlə bağlı artıq müvafiq orqanlara müraciət edilib. Həmin şəxslər məsuliyyətsizliyə davam etsələr müxtəlif çətinliklərlə üzləşə bilərlər. Misal üçün ölkədən çıxış yaxud hansısa proses keçirərkən yaranmış öhdəliklərinə əsasən müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. İcra şöbələri həmin vətəndaşlara borcu ödəmək üçün 10 gün vaxt verir. Ödəməsə artıq məcburi icra tədbirləri görülür. Cərimələrin ödənməsi vətəndaşın pensiya, əmək haqqı və digər formada bank kartına yönləndirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!