Əcnəbi dildən istifadə edən italiyalıları 100 min avro cəza gözləyir

Əcnəbi dildən istifadə edən italiyalıları 100 min avro cəza gözləyir

Dünya Veb saytların hazırlanması

02 Aprel 2023 10:35 751


Rəsmi ünsiyyətdə əcnəbi sözlərdən istifadə edən italyanları 100 min avroya qədər cərimə gözləyir.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bu müddəa baş nazir Corciya Meloninin "İtaliya qardaşları" partiyasının təqdim etdiyi yeni qanunda əksini tapıb.

Deputat Fabio Rampelli hökumət başçısının dəstəklədiyi müvafiq qanun layihəsini təqdim edib.

Layihə xüsusilə ingilis sözlərini hədəfə alır.

2-ci maddə italyan dilini "milli ərazidə ictimai mal və xidmətlərin təşviqi və istifadəsi üçün məcburi" edəcək. Bu tələbin yerinə yetirilməməsi 5.000 avrodan 100.000 avroya qədər cərimələrlə nəticələnə bilər.

Təklif olunan qanuna əsasən, Mədəniyyət Nazirliyi məktəblərdə, mediada, ticarətdə və reklamda “İtalyan dilinin düzgün istifadəsi və onun tələffüzü”nə cavabdeh bir komitə yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!