Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin yaxınlığında partlayış baş verib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, partlayış nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb.
Terrorçu-kamikadze Kabilin mərkəzində yerləşən radikal “Taliban” hərəkatının qurduğu Əfqanıstanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd edib. pizza hut
“Terrorçu-kamikadze nazirliyə girməyə cəhd edib, lakin təhlükəsizlik orqanları onu binanın qapısının qarşısında aşkar edib. Bundan sonra terrorçu özünü partladıb”, - deyə “Taliban” hökumətində Baş nazirin ofisinin rəhbərinin müavini Əhmədullah Müttəki "Twitter" səhifəsində məlumat verib.
Telegram kanalımız