Əhaliyə sevindirici XƏBƏR - Azərbaycanda hamı ev ala biləcək

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə sevindirici XƏBƏR - Azərbaycanda hamı ev ala biləcək

Sosial

25 Oktyabr 2023 13:07 20267


“Əhalinin ipoteka kreditləşməsinə çıxış imkanının genişləndirilməsi məqsədi ilə sabit vergi ödəyicilərinin də (aşbaz, bərbər, dayə və digərləri) ipoteka kreditlərinə çıxşını təmin etmək üçün müvafiq tədbirlər hazırlanıb". 

Yenisabah.az xəbər verir ki, bunu İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) baş direktoru İlham Kələşov deyib. Onun sözlərinə görə, bu yeniliklərin tətbiqi ilə bağlı təkliflər qanunvericilik şəklində aidiyyəti üzrə təqdim edilib: 

"Müvafiq qaydada təsdiq prosesini keçdikdən sonra, yəqin ki, yaxın vaxtlarda bu yeniliklərin də istifadəsi mümkün olacaq”.  Toyuqlu pizza

Qeyd edək ki, bu gün mənzilə ehtiyacı olan vətəndaşların əsas problemlərindən biri məhz ipoteka krediti zamanı ödəniş məbləğinin yüksək olmasıdır. Məhz bunu nəticəsidir ki, mənzil almaq istəyən bir çox vətəndaş ipoteka kreditindən faydalana bilmirlər. 

Sabit gəlirli aşbaz, bərbər, dayə və digər vətəndaşların ipoteka kreditlərindən yararlanması üçün maddi imkanı çatacaqmı? 

İqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında sabit vergi ödəyiciləri hesab edilən şəxslər kifayət qədər gəlir əldə etdiklərini deyib:

“Məsələn, bu gün xüsusilə də bərbərlər, dərzilərin gəlirləri var. Söhbət ipotekadan gedirsə, ipotekanın nə qədər həcmdə götürülməsi, aylıq borcun məbləğindən asılı olaraq ipoteka götürənin vəziyyətinin qiymətləndirilməsi daha yaxşı olardı. Məsələn, elə ipoteka götürülə bilər ki, onun aylıq ödəniş məbləği 150-200 manatdır. Bu aspektdən qiymətləndirsək, regionlarda daşınmaz əmlakın qiyməti aşağıdır. Bu imkan yaradır ki, həmin insanlar ipotekadan istifadə etməklə mənzil sahibi olsunlar. Az borclanırlar, çünki qiymət aşağıdır. Daha kiçik aylıqları icra etməklə bu öhdəliyi yerinə yetirə bilirlər. 

Bu baxımdan mən düşünürəm ki, şərait yaradılması lazımdır. Eyni zamanda, onların müəyyən bir gəlirləri olsa da, onlar tam müdafiə olunan sosial qrupları da deyillər. Sadəcə həssas qruplardan qismən daha yaxşı dolanışığı olan insanlardır ki, bu imkanlar mənzil təminatını yaxşılaşdırmağa o qədər də imkan yaratmasa da, müəyyən gəlirləri var. Bu sahədə fəaliyyət göstərənlərin əksəriyyəti peşə sahibləridir. Peşə sahibləri öz fəaliyyət sahələrində davamlı çalışırlar. Onların bu imkandan istifadə etmək hüququ var və bu şəraitin yaradılması məqbuldur”. 

Ekspertin sözlərinə görə həmin sabit vergi ödəyiciləri olan peşə sahiblərinin gəlirləri vergiyə münasibətdə müəyyənləşmir: 

“Gəlirləri qismən qiymətləndirmək olar. Məsələn, vətəndaşın yığdığı vəsaiti, ilkin ödəniş qabiliyyətini, yaxud digər aktivləri, kommunal öhdəliklərinin yerinə yetirilməsi, məsuliyyətliyini və s. nəzərə almaq olar. Eyni zamanda, bugünkü ipoteka mexanizmində vacib deyil ki, vətəndaşın ödəmə qabiliyyəti mütləq maksimum səviyyədə qiymətləndirilsin. Çünki onsuz da predmetin özü girovdur. İlkin ödəniş məbləği yüksəkdir. Bankların əksəriyyəti 30 faizdən çox ödəniş tələb edirlər. 

Bu şərtlər daxilində satılan mənzil üçün gəlirin haradan əldə edilməsi əsas deyil. Məsələn, hansısa qohumu verəcək. Bir məsələ də aydındır ki, Azərbaycanda mənzil məsələsi bəzən nəinki ailə, hətta tayfa qayğısına çevrilir. Sadəcə həmin insanların azgəlirli olmasını qəbul etmək lazımdır. Dövlət qulluğunda işləyən insanlara ipotekanın verilməsindənsə, o sosial qruplara ipotekanın yolunun açılması daha məqsədəuyğundur”. 

Ekspert burada heç bir ciddi risk görmür: 

“Onlar mümkün olduğu qədər o öhdəliklərini yerinə yetirməyə çalışacaq və bunun üçün səy göstərəcəklər”. 

Cebhe.info 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rüfane
    Mende salon iwcisiyem.2otaqda olsa ev isteyrem.150 200 mende raziyam odemek olar.amma ilkin odeniw olmasn
    3 years ago
  • Azər
    İlkin ödənişsiz olsa yaxşi olar. Hazırda demək olar hamı maaş alır aylıq ödənişə razı olarlar,amma ilkin ödəniş etməyə ğucumuz çatmır. ola bilər ki 300-400 olsun aylıq ödəniş.
    3 years ago
  • ŞƏFA
    Məndə ev almağ isdeyirem 3 uşagla kirayə qalıram ,yoldaşım həm dövlət işində isleyr , hemde asbazdir ,nolar bizede ayı 150-200m olan evler verin ,çox gözəl düşünüb düşünen
    3 years ago
  • Vüqar Həsənov
    Salam men Sabirabad rayonunda doğulmuşam ama Bakıda kirayade qaliram özüm ustayam istəyirəm ki öz evimiz olsun 150, 200 ödəyə bilərəm amma ilkin ödənişsiz olsa daha yaxşı olar
    3 years ago
  • Kifayət
    Mən 1988-ci ildən Nizami rayonunda müəllimlər üçün ayrılmış güzəştli mənzil növbəsindəyəm ,hər dəfə bir bəhanə ilə yola salırlar.
    3 years ago
  • Araz
    2 otaqlı ev,ayda 150 və ya 200 manat olsun .
    3 years ago
  • Fərhad
    İllərdi kirayələrdə sürünürəm,bu yaşayış deyil,normal iş yeri olsa evim də olar,Allah hər şeyi insana təmənnasız verdiyi halda,biz hər şeyi satırıq bir-birimizə,hansı pulnan alım evi,fəhlə adamam,bu dünyada evim olmadı,əsas o dünyadı,Allah səbr versin...
    3 years ago
  • Fərhad
    Kasıba aid deyil bunlar
    3 years ago
  • Arzu Əlizadə
    Mən Astarada yaşayıram.35 ildir ibtidai sinif müəlliməsiyəm.Amma evim yoxdur.İstəyərdim ki,evim olsun.Necə alım evi? 150-250 manata aylıq ödənişlə necə ev ala bilərəm?
    3 years ago